Qvardiola: “Qızıl top”u kim qazanacaq?”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola 2024/2025-ci illər mövsümünün “Qızıl top” mükafatı ilə bağlı fikrini açıqlayıb.

Arena.az “Sport.es” dərgisinə istinadən, 54 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Qızı top”u kim qazanacaq – ona layiq olmuş kəs. Onu Usman Dembele də qazana bilər – o, ümumiyyətlə hər şeyi qazanıb. Lamin Yamalın namizədliyinin 17 yaşlında irəli sürülməsi isə qürür duymaq üçün bir əsasdır”, deyə Qvardiola vurğulayıb.

Əlavə edək ki, hər iki futbolçu cari mövsümdə yüksək səviyyəli oyunu ilə seçilib. Amma statistika və oyun keyfiyyəti baxımından həlledici rol oynamış futbolçular da var ki, onları da hesabdan silmək olmaz. “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah və “Barselona”nın braziliyalı hücumçusu Rafinya bu baxımdan iddialıdırlar. Bu iki futbolçunun bəxti, komandalarının Çempionlar Liqasında uğursuzluğa düçar olması səbəbindən gətirməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: