Qvardiola: “Xabi əla məşqçi olduğunu nümayiş etdirib”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola 43 yaşlı ispan mütəxəssis Xabi Alonsonun “Real”ın sükanı arxasına təyinatını şərh edib.

Arena.az AS dərgisinə istinadən, 54 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“O, əla məşqçi olduğunu nümayiş etdirib. Xabi Alonso artıq Madriddə olub, bu isə onun hesabına bir xaldır. O, hansı müharibələri aparıb-aparmamağın gərək olduğunu bilir. Mən ona ən yaxşısını və uğura müvvəfəq olmasını diləyirəm. Məni onunla yaşı dostluq və xoş xatirələr bağlayır”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, Xabi Alonso “Real”ın sükanı arxasında, Braziliya millisinə yollanmış 65 yaşlı italyan mütəxəssis Karlo Ançelottini əvəzləyib. İspan mütəxəssis “Kral klubu” ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: