AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 32-ci turundakı mübahisəli epizodlara şərh verib.
Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 32-ci turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla da bağlı fikirlərini bildirib.
Rəhim Həsənov bütövlükdə 3 oyunda qeydə alınmış 4 mübahisəli epizoda şərh verib. “Zirə” – “Sumqayıt” matçında iki mübahisəli hakim qərarı mövcuddur. “Qarabağ” – “İmişli” və “Sabah” – “Neftçi” oyunlarında isə hakimin bir qərarı mübahisə doğurub. Lakin Hakimlər Komitəsinin sədri bütün epizodlarda ədalət təmsilçilərinin doğru qərarlar verdiyini bəyan edib.
Qalan üç oyunda isə hakimlərin mübahisəli qərarları olmayıb.
AFFA Hakimlər Komitəsinin sədrinin Premyer Liqanın son oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:


