Rafael Gerreyro rəsmən “Bayern”də

Ötən mövsüm bitən kimi Dortmund “Borussiya”sından ayrılan Rafael Gerreyro Almaniyanın digər nəhəngi “Bayern”ə keçib.

Arena.az xəbər verir ki, bu barədə Münhen klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Portuqaliyalı futbolçu yeni klubu ilə azad agent kimi 3 illik müqaviləyə imza atıb.

Rafael Gerreyro 2016-cı ildə Fransanın “Loryan” klubundan 12 milyon avro qarşılığında keçdiyi “Borussiya”da bütövlükdə 224 oyuna çıxıb. Sol cinah müdafiəçisi bu oyunlarda 40 qol və 50 assistlə yadda qalıb. Gerreyro Dortmund klubu ilə iki dəfə Almaniya Kubokunu, bir dəfə isə Almaniya Super Kubokunu qazanıb.

O, daha öncə “Loryan” (111 oyun, 10 qol, 8 assist) və “Kan”da (41 oyun, 1 qol, 2 məhsuldar ötürmə) da çıxış edib. 29 yaşlı futbolçu Portuqaliya milli komandasında da 64 matç keçirib, 4 qola imza atıb.

“Transfermarkt” internet-portalı Rafael Gerreyronu 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: