Məlum olduğu kimi, Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən olan Rahid Əmirquliyev bu yay karyerasını başa vurub.
Arena.az xəbər verir ki, futbolçu kimi son komandası “Səbail” olan Rahid bundan sonra sözügedən klubun Futbol Akademiyasında məşqçi olaraq çalışacaq.
Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.
Yeri gəlmişkən, Azərbaycan Premyer Liqanın 1-ci turu çərçivəsində keçirilən “Səbail” – “Sumqayıt” oyunundan öncə paytaxt klubunun icraçı direktoru Firuz Abdulla sabiq kapitana xatirə hədiyyəsi təqdim edib.
Xatırladaq ki, Rahid Əmirquliyev karyerası ərzində Azərbaycan çempionatları tarixində 451 oyuna çıxıb. O, 2018-ci ildən etibarən formasını geyindiyi “Səbail”də isə 120 qarşılaşmada iştirak edib.


