Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşanın LKS klubunda debüt edib.
Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Qazaxıstanın “Atırau” komandasına qarşı keçirdikləri yoxlama oyununun iştirakçısı olub.
O, bu oyuna start heyətində başlayıb. Fasilədən sonra isə məşqçilər korpusu fərqli “11-liy”ə şans tanıyıb.
Qarşılaşma isə Rahilin komandasının 1:0 hesablı qələbəsiylə yekunlaşıb.
Xatırladaq ki, Rahil Məmmədov Lodz təmsilçisi ilə bir neçə gün öncə 1,5 illik müqavilə imzalayıb. O, Polşa klubuna “Qarabağ”dan keçib.


