Futbol üzrə İngiltərə millisinin hücumçusu Rahim Sterlinq “Mançester Siti”dən ayrılıb. Arena.az xəbər verir ki, “şəhərlilər” 27 yaşlı futbolçunu Premyer Liqanın digər təmsilçisi “Çelsi”yə satıb.
Bu barədə hər iki klub rəsmi saytları vasitəsilə məlumat yayıb. İngilis futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.
London təmsilçisi bu transfer üçün oyunçunun sabiq klubu “Mançester Siti”yə 45 milyon funt-sterlinq təzminat ödəyəcək. Bonuslarla bu məbləğin 55 milyona yüksəlməsi nəzərdə tutulub.
Rahim Sterlinq “Liverpul”un yetirməsidir. O, 2012-2015-ci illər ərzində məhz bu klubun əsas komandasında çıxış edib. 2015-ci ilin yayında isə futbolçu “Mançester Siti”yə transfer olunub. O, “şəhərlilər”in heyətində keçirdiyi 8 mövsüm ərzində 339 matça çıxıb, 131 qola imza atıb. İngiltərə milli komandasında da 77 matça çıxan futbolçu, 19 qol vurub.


