“Las-Palmas”ın 23 yaşlı ispan sol cinah müdafiəçisi Zeben Ramos yol-nəqliyyat hadisəsindən sonra dünyasını dəyişib.
Arena.az bu barədə “Las-Palmas”ın mətbuat xidmətinə istinadən məlumat verir.
İyunun 9-da futbolçunu Las-Palmasın Arukas bölgəsində avtomobil vurub. Müdafiəçi başından ağır zədələr alıb və bu vəziyyətdə xəstəxanaya təxliyə edilsə də, ağır halda qalmaqda davam edib.
Həkimlərin cəhdlərinə rəğmən, futbolçu iyunun 26-da vəfat edib.
Ramos “Las-Palmas”ın gənclər komandasında çıxış edirdi. Qəzaya düşməmişdən bir neçə saat əvvəl Zeben “Las-Palmas”la müqavilə müddətinin uzadılması haqda razılıq əldə etmişdi.



