Randal Kolo Muani yenidən “Yuventus”da!

Futbol üzrə Fransa yığmasının və PSJ-nin hücumçusu Randal Kolo Muani İtaliya nəhəngi “Yuventus”a transfer olunub.

Arena.az bu barədə Turin təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

“Yuventus” bu transfer üçün Fransa nəhənginə 41,2 milyon avro ödəyib. 27 yaşlı fransalı forvardla 5 illik (2031-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.

Xatırladaq ki, Randal Kolo Muani daha öncə də “Yuventus”da forma geyinib. O, 2025-ci ildə yarım mövsüm Turin klubunun uğurları üçün çalışıb və meydana çıxdığı 22 oyunda 10 qol vurub, 3 məhsuldar ötürmə verib.

Randal Kolo Muani yeniyetməlik illərində “Vilpent”, “Tramble” və “Torsi” klublarında çıxış etdikdən sonra, “Nant”a yol tapıb və “bülbüllər”in heyətində böyük futbolda debüt edib. Ardınca “Bulyon”da icarə əsasında çıxış etmiş Kolo Muani daha sonra Frankfut “Ayntraxt”ının heyətində çıxışı ilə diqqət cəlb edib. PSJ 2023-cü iln sentyabr ayında fransalı futbolçunu 95 milyon avro məbləğ müqabilində “Ayntraxt”dan tamhüquqlu əsasda Paris

Kolo Muani PSJ üçün bütün yarışlarda 54 oyun keçirib, 11 qol vurub, 7 məhsuldar ötürmə verib. Ötən mövsümü isə o, İngiltərənin “Tottenhem” klubunda icarədə keçirib, 41 oyuna 5 qol və 4 assistlə yadda qalıb.

Kolo Muani 2022-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 32 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə verib.

Kolo Muaninin qənimətlər muzeyində PSJ ilə Fransa Liqa 1 çempionluğu, Fransa Kuboku və Fransa Super Kuboku var. Kolo Muani “Nant”la da Fransa Kubokunun (2021/2022) qalibi olub.

Transfermarkt internet-portalı 27 yaşlı hücumçunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: