Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Niderland yığması ilə qarşıdakı oyundan danışıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Niderland yığması Fransa yığması qədər güclü rəqibdir. Bəlkə də azacıq zəifdir, çünki fransızların ölkəsi daha böyükdür. Niderland yığması çox yüksək səviyyədə oynayır, amma bizim üstünlük təşkil etdiyimiz kəsimləri görmək istəyirəm. Sürətli güc futbolu oynamaq gərəkdir. O zaman biz nəyə qadir olduğumuzu göstərə bilərik. Belə bir hiss var ki, hollandlar Kroyfun vaxtında oynadıqları kimi – şaquli və geniş şəkildə oynamağa davam edirlər. Sabahkı (artıq bu gün – redaktorun qeydi) oyunda çalımlar və sıçrayışlar mühüm rol oynayacaq”, deyə Ranqnik vurğulayıb.
Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turu çərçivəsində keçiriləcək “D” qrupunun Niderland – Avstriya oyunu bu gün, iyunun 25-də Berlinin “Olimpiaştadion”unda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.
3-cü tur ərəfəsində “D” qrupunun mənzərəsi belədir:
- Niderland – 4 xal
- Fransa – 4 xal
- Avstriya – 3 xal
- Polşa – 0 xal