“Roma”nın baş məşqçisi Klaudio Ranyeri İtaliya A Seriyasının 18-ci turunda “Milan”la səfər heç-heçəsini (1:1) şərh edib.
Arena.az “Football Italia” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Milan”ın birinci hissədə bizə etdiyi hər bir xüsusu ikinci hissədə biz icra etdik etdik. Bu, hər iki komandanın qələbə üçün oynadığı gözəl bir oyun idi, amma ədalətli nəticə olmaqla bərabər, heç-heçə hər iki komandanın azarkeşlərinə əylənməyə şərait yaratdı”, deyə Ranyeri vurğulayıb.
İtaliya A Seriyasının 18 oyunundan 20 xalla “Roma” yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb. “Milan” isə 17 oyundan 27 xalla 8-ci pillədədir.
İtaliya A Seriyasına 41 xalla “Atalanta” başçılıq edir. Eyni miqdarda xal toplamış “Napoli” 2-ci pillədədir. 17 oyundan 40 xalla 3-cü pillədə qərarlaşmış “İnter”i isə şərti lider qismindədir.


