Raşfordun agent qardaşı Mayamidə həbs edildi

“Mançester Yunayted”in sol vingeri Markus Raşfordun qardaşı və həm də agenti Deyn Raşford Mayamidə məişət zorakılığına görə həbs edilib.

Arena.az “The Telegraph” nəşrinə istinadən məlumat verir ki, hadisə ötən ay baş versə də, müəyyən təfərrüat bu günlərdə üzə çıxıb.

Deyn oktyabrın 20-də Mayami-Biçdə tətildə olarkən həbs edilib. Azadlığa çıxmaq üçün Deyn 1,5 min dollar məbləğində girov ödəməli olub. Amma Deyn noyabrın 27-də məhkəməyə gəlməlidir. Deyn Raşford məişət zorakılığı kimi təsnif edilən, zərərçəkmişə bədən xəsarətləri yetirməkdə ittiham edilir.

31 yaşlı Deyn Raşford “DN May Sports Management”in direktorudur. Bu şirkət idmançıların maraqlarını təmsil etməklə məşğuldur. Şirkətin müştərilərindən biri də Deynin qardaşı Markus Raşforddur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: