Futbol üzrə Danimarka milli komandasının müdafiəçisi Rasmus Kristensen Avstriyanın “Zalsburq” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu sözügedən komandanı İngiltərənin “Lids Yunayted” klubuna dəyişib.
Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. Futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bu transferin İngiltərə klubuna 10 milyon avroya başa gəldiyi iddia olunur.
Sağ cinah müdafiəçisi olan Rasmus Kristensen 2019-cu ildən “Zalsburq”da çıxış edirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində 44 oyuna çıxıb, 10 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi daha öncə Danimarkanın “Midtyulland” və Niderlandın “Ayaks” klublarında da çıxış edib. O, Danimarka yığmasında da 6 oyun keçirib.


