Raul Albiol “Vilyarreal”la yeni müqavilə bağladı

İspaniyanın “Vilyarreal” klubu müdafiəçisi Raul Albiol ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

36 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2023-cü ilin yayına qədərdir. Əvvəlki müqavilənin müddəti 2022-ci ilin yayında bitəcəkdi.

Raul Albiol 2019-cu ildən “Vilyarreal”da çıxış edir. Müdafiəçi bu komandada bütövlükdə 97 matça çıxıb, 3 qol vurub. O, daha öncə “Valensiya”, “Xetafe”, “Real” və “Napoli” kimi klublarda da forma geyinib. Təcrübəli futbolçu İspaniya millisində 58 matça çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: