Futbol üzrə Meksika yığmasının qapıçısı Raul Raxhel DÇ-2026-nın qrup mərhələsinin 3 oyununda qol buraxmamaqla 56 illik rekordu təkrarlayıb.
Arena.az xəbər verir ki, 26 yaşlı qolkiper turnirin qrup mərhələsində CAR (2:0), Cənubi Koreya (1:0) və Çexiya (3:0) ilə görüşlərdə qapısını toxunulmaz saxlayıb.
Raul Ranxel bununla da Meksika yığmasının sabiq qolkiperi İqnasio Kalderona məxsus rekordu təkrarlayıb.
Xatırladaq ki, İqnasio Kalderon DÇ-1970-də SSRİ (0:0), Salvador (4:0) və Belçika (1:0) ilə matçlarda qol buraxmayıb.
Yeri gəlmişkən, Cənubi Afrika Respublikası (CAR) yığmasının qapıçısı Ronven Uilyams da DÇ-2026-nın 1/16 finalında Kanadaya 0:1 hesabı ilə məğlub olduqları matçda rekorda imza atıb. Afrika təmsilçisinin 34 yaşlı qapıçısı matçda 5 seyv edib. Bu, onun dünya çempionatında bir oyundakı ən yüksək göstəricisi olub.
Ronven Uilyams yığmada keçirdiyi 66 matçda 64 qol buraxıb, 20 oyunda isə qapısını toxunulmaz saxlayıb.


