“Real” Benzemanı saxlamayacaq

Real” rəhbərliyi komandanın hücumçusu Kərim Benzemanın Səudiyyə Ərəbistanından aldığı təklifi ciddi baxışdan keçirdiyini təxmin edir.

Arena.az “Relevo”ya istinadən xəbər verir ki, Benzema yay transfer pəncərəsində klubla yollarını ayırmaq haqda ciddidir.

Belə olacağı halda “Kral klubu” hücumçunun getməsinə əngəl olmayacaq. Benzemanın hər hansı Avropa klubuna keçməməsi faktı da ispanların bu xüsusda baxışlarında bir əsasdır.

Belə bir variant da ehtimal edilir ki, Benzema daha bir mövsüm “Real”da qalacaq və ərəb klubuna 2024 ildə qoşulacaq.

Bir qədər əvvəl məlum olmuşdu ki, 35 yaşı hücumçu adıçəkilməyən Səudiyyə Ərəbistanı klubundan konkret təklif alıb. Ərəblər ulduza ilə 100 milyon avro məbləğində iki illik müqavilə təklif etmişdilər.

Kərim Benzema 2009-cu ildən madridlilərin şərəfini qoruyur. Cari mövsümdə fransız hücumçu 42 oyunda meydana çıxıb, 30 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.