İspaniyanın “Real” klubu ciddi itki ilə üzləşib.
Arena.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Lukas Vaskes sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. La Liqanın 30-cu turu çərçivəsində baş tutan “Barselona” ilə matçda zədələnən Vaskes mövsümün qalan hissəsini buraxmalı olacaq.
Xatırladaq ki, “Real” “Barselona” ilə oyundan 2:1 hesablı qələbə ilə ayrılmışdı. Həmin oyuna start heyətdə başlayan ispan futbolçu, 43-cü dəqiqədə zədə səbəbindən əvəzlənmək məcburiyyətində qalmışdı. Komandasının 13-cü dəqiqədə vurduğu ilk qolun ötürməsini də məhz 29 yaşlı vinger vermiş və Kərim Benzema bu oyunda hesabı açmışdı.
Vaskes bu mövsüm La Liqada 24 oyunda iştirak edib, 2 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.


