“Real” Duşan Vlahoviçin transferini nəzərdən keçirir

Kərim Benzemanın gedişindən sonra yeni mərkəz hücumçusu axtaran “Real” “Yuventus”un forvardı Duşan Vlahoviçin xidmətində maraqlıdır.

Arena.az xəbər verir ki, bu barədə “Football Espana” məlumat yayıb.

Çox güman ki, “Kral klubu” Kilian Mbappeni heyətinə qatacaq, amma transferin bu yay baş tutacağına zəmanət yoxdur. Bu üzdən madridlilər alternativ variantları araşdırır.

“Real” rəhbərliyi “Tottenhem”dən Harri Keyni və “Napoli”dən Viktor Osimheni heyətinə qatmağı düşünsə də, futbolçuların transfer qiymətini öyrəndikdən sonra bu düşüncəsindən imtina edib.

Jurnalist-insayder Pakoxo Delqado isə “As” dərgisinə bildirib ki, hazırda “Real”ın üçüncü bir namizədi “Yuventus”un hücumçusu Duşan Vlahoviçdir. Delqadonun məlumatına görə, “Kral klubu” “Qoca sinyora” ilə Vlahoviçi sonradan satınalma maddəsilə icarəyə götürmək haqda müvafiq müqavilə imzalaya bilər.

Geridə qalmış mövsüm ərzində Vlahoviç “Yuventus”un heyətində 42 oyuna çıxıb, 14 qol vurub, 4 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Duşan Vlahoviçi 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: