“Real” İspaniya Kubokunda ilk finalçı oldu

Bu gün futbol üzrə İspaniya Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Real” doğma meydanda “Real Sosyedad”la üz-üzə gəlib. Bu komandalar arasında “Real Sosyedad”ın meydanında keçirilmiş ilk oyun “Real”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Səfərdəki görüşün əsas vaxtında isə sosyedadlılar 4:3 hesablı qələbəyə seviniblər. Bu üzdən əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda daha bir qol vuran Madrid nəhəngi ilk finalçı olub.

Digər yarımfinal görüşü sabah “Atletiko” ilə “Barselona” arasında baş tutacaq. Tərəflər arasındakı ilk görüşdə 4:4 hesablı bərabərlik qeydə alınıb.

Xatırladaq ki, İspaniya Kubokunda cari mövsümün həlledici – final qarşılaşması mayın 26-da keçiriləcək.

İspaniya Kuboku
Yarımfinalın cavab oyunları
1 aprel

Real – Real Sosyedad 4:4
Qollar: Endrik, 30. Bellingem, 82. Tçuameni, 86. Rüdiger, 115 – Barreneçea, 16. Alaba, 72-öz qapısına. Oyarsabal, 80; 90+3.
İlk oyun – 1:0.

2 aprel

23:00. Atletiko – Barselona
İlk oyun – 4:4.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: