2025-ci il FIFA Klub Dünya Kubokunun yarımfinal oyununda PSJ-yə 0:4 hesablı məğlubiyyət “Real” üçün antirekordla əlamətdar olub.
Arena.az məlumat verir, darmadağın nəticəsində bu komanda mövsüm ərzində buraxılmış qolların sayına görə, Madrid klubunun tarixi antirekordunu təkrarlayıb.
2024/2025-ci illər mövsümündə rəqibləri “Real”ın qapısını 84 dəfə dələrək, “qaymaqlılar”ı “aşsüzən” ediblər. Müvafiq antirekord ilk dəfə 1998/1999-cu illər mövsümündə yaşanıb.
Əlavə edək ki, İspaniya nəhəngi mövsüm ərzində 5 oyunda beş və daha artıq qol buraxıb.


