“Real” Naço Fernandesin klubdan ayrıldığını açıqladı

“Real” ispan mərkəz müdafiəçisi Naço Fernandesin “qaymaqlılar”ın düşərgəsindən ayrılması haqda xəbəri rəsmən təsdiqləyib.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir:

“Real” klubumuzun böyük əfsanələrindən biri olan Naçoya öz minnətdarlığını və sevgisini bildirmək istəyir. Bütün “Real” azarkeşləri tariximizin ən əfsanəvi oyunçularından biri ilə böyük qürur hissi keçirirlər. “Real” ona və bütün ailəsinə həyatının bu yeni mərhələsində uğurlar arzulayır”, – Madrid klubunun rəsmi bəyanatında deyilir.

Öz növbəsində “Real”ın prezidenti Florentino Peres Naçoya öz ürək sözlərini ifadə edib:

“Uşaqlıqda gənclər akademiyamıza daxil olandan bəri Naço həmişə hamı üçün təkmilləşmə nümunəsi olub və bütün “Real” azarkeşlərinin məhəbbətini, şöhrətini və heyranlığını qazanıb. “Real” onun evi olub və həmişə də olacaq”, – “qaymaqlılar”ın mətbuat xidməti klub prezidentindən sitat gətirir.

Naço Fernandes “Real”ın futbol akademiyasının yetirməsidir və bütün karyerasını “Kral klubu”na həsr edib.

2007-ci ildə “qaymaqlılar”ın düşərgəsinə daxil olmuş Naço 2012-ci ilin sentyabrında “Real”ın əsas komandasına keçirilib.

Ümumilikdə Naço “Real”ın heyətində x 364 oyuna çıxıb, 16 qol, 10 məhsudlar ötürmə ilə fərqlənib.

Naço Fernandes “Real”la bütün ali futbol qənimətlərini qazanıb və xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriçlə birlikdə 26 qənimətlə “Real” tarixinin ən zəngin oyunçusudur.

Naço Fernanses 2013-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 26 oyuna çıxıb, 1 qol vurub və 1 məhsudlar ötürmə verib. Naço “qırmızı qəzəb”lə 2023-cü il UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 34 yaşlı ispan müdafiəçinin trasnfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: