Zədə silsiləsindən əziyyət çəkən İspaniya nəhəngi “Real” “qaymaqlılar”ın düşərgəsində yeni zədəlilərlə üzləşib.
Arena.az İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir ki, “qaymaqlılar”ın heyətində son olaraq ən azı iki əsas futbolçu sıradan çıxıb.
Əvvəlcə, İspaniya La Liqasının 16-cı turu çərçivəsində “Jirona” ilə səfər oyunu ərəfəsində “qaymaqlılar”ın braziliyalı sağ cinah hücumçusu Rodriqo Qoes zədələndiyi məlum olub. Braziliyalı furbolçu sol ayağının bud nahiyəsində narahatlıq hiss etdiyi üçün bu oyunu buraxmalı olub. Rodriqonun yaşıl meydanlara nə zaman qayıda biləcəyi haqda dəqiq təxmin yoxdur.
Bu mənzərədə, “Jirona” ilə oyunda “qaymaqlılar” ingilis yarımmüdafiəçisi Cud Bellingemi də itirib. İngilis futbolçu oyunun 61-ci dəqiqəsində əvəzlənib. Bellingem sol ayağının bud nahiyəsində ağrılar hiss edib.
Madrid təmsilçisinin müdafiəçisi Ferlan Mendi də “Jirona” ilə oyunda zədə alıb. O, da bu görüşün 81-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.
Vurğulanır ki, hər üş futbolçu əsaslı tibbi müayinədən keçəcək. Bundan sonra zədəli futbolçuların bərpa dövrü haqda rəsmi məlumat açıqlanacaq.
Xatırladaq ki, hazırda Madrid klubunun heyətində aparıcı oyunçulardan Rodriqo və Bellingemlə yanaşı, Eder Militao, David Alaba, Orelyen Tçuameni və Vinisius Junior da zədə acısı yaşayırlar.


