“Real Sosyedad” azarkeşləri La Liqanın 10-cu turunda “Malyorka” ilə oyunda (1:0) Fələstinə həmrəylik nümayiş etdiriblər.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
“Real Sosyedad” himninin səsləndirilməsi zamanı stadionun tribunalarında Fələstin bayraqları qaldırılıb. Oyunun 12-ci dəqiqəsində azarkeşlər stadionda “Fələstinə azadlıq” şüarları səsləndirən 20-yə yaxın lövhə asıblar. Bundan əlavə, oyun zamanı “İsrail – qatil dövlət” şüarları səsləndirilib.
Bundan əvvəl San-Sebastyan klubu Fələstin bayraqlarının nümayişinə qadağa qoymaq niyyətində olmadığını bildirmişdi.
Xatırladaq ki, oktyabrın 20-də “Osasuna” azarkeşləri də La Liqada “Qranada” ilə oyunda (2:0) Fələstinə dəstək nümayiş etdirərək bayraq qaldırmışdılar.


