İspaniya Kubokunun yarımfinalında “Real Sosyedad”la ilk oyunu “Real”ın ispan yarımmüdafiəçisi Daniel Sebalyos üçün düşərli olmayıb.
Arena.az “Real”ın rəsmi saytına istinadən məlumat verir ki, “qaymaqlılar”ın 1:0 hesablı qələbə qazandıqları bu oyundan sonra Sebalyos, ağrıdan şikayəti əsasında tibbi müayinədən keçib və futbolçunun zədələndiyi aşkara çıxıb.
Sebalyos yarıqıymaq əzələsini zədələyib. Zədə futbolçunun sol dizinin dizaltı vətərinə də təsir edib. İlkin təxminlərə görə, Sebalyos ən azı iki ay yaşıl meydanlara həsrət qalacaq. Futbolçunun may ayının sonlarında qayıdışı mümkündür, amma bu da bir ehtimaldır.
Mərkəz yarımmüdafiəçisi Daniel Sebalyos futbola “Betis”də qədəm qoyub, həmçinin “Utrera” və “Sevilya”da çıxış edib və məhz “Betis”lə böyük futbolda debüt edib. Sebalyos futbolçu karyerası ərzində “Arsenal”da icarə əsasında çıxış edib.
“Real” Sebalyosu 2017-ci ilin iyul ayında 16,50 milyon avro məbləğ müqabilində “Betis”dən tamhüquqlu əsasda “qaymaqlılar”ın düşərgəsinə qatıb. İspan futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Dani Sebalyos cari mövsümdə “Real” üçün bütün yarışlarda 30 oyun keçirib, 2 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 28 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.


