“Real”da Marselo şoku

İspaniyanın “Real” klubunun müdafiəçisi Marselo zədələnib.

Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

32 yaşlı müdafiəçinin sol ayağından zədə aldığı bildirilib. Braziliyalı futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı isə hələlik məlum deyil.

Qeyd edək ki, Marselo bu mövsüm cəmi 10 matçda iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.