“Real”dan əzmkar qələbə, “Atletiko” xal itirdi

Futbol üzrə İspaniya La Liqasında 27-ci turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

Çempionluq uğrunda mübarizə aparan “Real”ın bu turdakı rəqibi “Elçe” olub. Madrid təmsilçisi bu oyunda əzmkar qələbəyə sevinib.

Lider “Atletiko” “Xetafe” səfərinə yollanıb. Paytaxt klubu bu görüşdə xal itkisi ilə də üzləşib. “Osasuna” – “Valyadolid” matçı da qolsuz bitib. “Alaves” – “Kadis” görüşü də heç-heçə başa çatıb.

İspaniya La Liqası
27-ci tur
12 mart

Levante – Valensiya 1:0
Qol: Rocer, 18.

13 mart

Alaves – Kadis 1:1
Qol: Xoselu, 36-pen – Aleks, 84-pen.

Real – Elçe 2:1
Qol: Benzema, 73; 90+1 – Kalvo, 61.

Osasuna – Valyadolid 0:0

Xetafe – Atletiko 0:0

14 mart

17:00 Selta – Atletik
19:15 Qranada – Real Sosyedad
21:30 Eybar – Vilyarreal
00:00 Sevilya – Betis

15 mart

00:00 Barselona – Hueska

Xəbəri sosial şəbəkələrdə paylaş: