“Real”dan Tibo Kurtua ilə yeni müqavilə

İspaniyanın “Real” klubu qapıçısı Tibo Kurtua ilə müqaviləni yeniləyib. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan yeni sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsi 2024-cü ilin yayına qədər idi.

Tibo Kurtua 2018-ci ilin avqustundan “Real”da çıxış edir. Madrid təmsilçisində dördüncü mövsümünü keçirən futbolçu, bu komandada 130 matça çıxıb.

Belçika yığmasının da üzvü olan Kurtua, peşəkar karyerasına “Genk”də başlayıb. Daha sonra o, “Çelsi” və “Atletiko” (Madrid) klublarının formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: