“Real”ın futbolçularını forumda təhqir etmiş azarkeş həbsə atıldı

İspaniya məhkəməsi “Marca” nəşrinin forumunda “Real”ın futbolçuları Antonio Rüdiger və Vinisius Junioru təhqir etmiş azarkeşə hökm oxuyub.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

Madrid təmsilçisinin yaydığı rəsmi bəyanatda bunlar qeyd olunub:

“Təqsirləndirilən şəxs, xüsusən də Vinisius Juniora və Antonio Rüdigerə qarşı törədilmiş, hər ikisi irqçi niyyətlə mənəviyyat əleyhinə iki cinayətdə, Antonio Rüdigerin işində isə onun dininə hörmətsizlikdə təqsirli bilinib.

Bu, “Real” oyunçularına qarşı irqçi təhqirlərə görə ikinci cinayət mühakiməsidir.

Vinisius Junior ilə birlikdə bu proseslərdə xüsusi ittihamçı kimi çıxış etmiş “Real”, klubumuzun dəyərlərini müdafiə etmək, futbol və idman dünyasında bütün irqçi davranışların kökünü kəsmək üçün fəaliyyətini davam etdirəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaş: