Redon Cica Super Liqa klubuna keçir?

“Qarabağ”ın Albaniyadan olan sol cinah vingeri Redon Cica kareyrasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Arena.az xəbər verir ki, Cicanın xidmətində Super Liqa klublarından “Ankaragücü” maraqlıdır.

Yayılan məlumatlara görə, paytaxt təmsilçisi Cicanı icarəyə götürmək istəyir. Məsələ ilə bağlı Ağdam klubunun rəsmi mövqeyini öyrəndik. Klubun sözçüsü Anar Hacıyevin bu barədə dedikləri belə oldu:

“Bizə Cica ilə bağlı təklif gəlməyib. Yəni “Qarabağ” hazırda bu yöndə hər hansı klubla danışıq aparmır”.

Xatırladaq ki, Redon Cica bu ilin yanvar ayından “Qarabağ”ın uğurları üçün çalışır. 25 yaşlı hücumçu Ağdam klubunun heyətində meydana çıxdığı 30 oyunda 7 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Daha öncə “Laçi” və “Tirana”da oynamış Cica, Albaniya milli komandasında da 2 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: