Renat Dadaşov “Hatayspor”a qələbə qazandırdı – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 36-cı turu çərçivəsində “Ankaragücü” ilə qarşılaşıb.

“Hatayspor” bu rəqiblə ev oyunundan qələbə ilə ayrılıb – 2:1. Dadaşov bu oyunun 88-ci dəqiqəsində, hesab 1:1 olarkən meydana buraxılıb. Komandasının qələbə qolunu da azərbaycanlı hücumçu vurub. O, meydana çıxdıqdan cəmi 2 dəqiqə sonra – 90-cı dəqiqədə hataylılara 3 xalı gətirən qola imza atıb. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 6-ya çatdırıb.

“Hatayspor” 36 turdan sonra 37 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb. Uzun fasilədən sonra qələbə sevinci yaşayan futbolçumuzun komandası 36 oyunda 8 qələbə qazanıb, 13 heç-heçə edib, 15 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 30 oyun keçirib və 6 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: