Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 7-ci turu çərçivəsində “Sivasspor”la qarşılaşıb.
“Hatayspor” bu rəqiblə səfərdə üz-üzə gəlib. Qarşılaşma qolsuz yekunlaşıb.
Dadaşov bu oyunun 60-cı dəqiqəsində meydana buraxılsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.
Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 7 turdan sonra 11 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov yeni komandasında 3 oyun keçirsə də, hələlik fərqlənə bilməyib.


