Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 13-cü turu çərçivəsində “İstanbulspor”la qarşılaşıb.
“Hatayspor” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
Dadaşov bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da millimizin forvardı vurub. O, 48-ci dəqiqədə penaltidən dəqiq yararlanıb. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 4-ə çatdırıb. Renat 90+7-ci dəqiqə sarı vərəqə ilə də cəzalanıb.
Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 13 turdan sonra 17 xalla 20 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 9 oyun keçirib və 4 qol vurub.


