Riyad Mahrez: “Mən Lionel Messi deyiləm”

Əvvəllər “Mançester Siti”də çıxış etmiş, “Əl-Əhli”nin cinah hücumçusu Riyad Mahrez özünün cari oyun forması ilə bağlı sualı cavablayıb.

Arena.az 33 yaşlı əlcəzairli futbolçunun bu barədə cavabını təqdim edir:

“Qardaş, indi məni “Mançester Siti”də oynadığım dövrlə müqayisə edə bilməzsən. Hər kəsin yaxşı çıxış etməsi gərəkdir. Mən komanda oyunçusuyam. Mən Lionel Messi deyiləm, topu götürüb təkbaşına qaça bilmərəm. Komanda yaxşı oynayırsa, mən də yaxşı oynayıram”, deya Mahrez bildirib.

Xatırladaq ki, Əlcəzair millisinin də üzvü olan Riyad Mahrez 2023-cü ilin iyul ayından “Əl-Əhli”nin uğurları üçün çalışır. Səudiyyə Ərəbistanı klubu həmin vaxt onu İngiltərə çempionu “Mançester Siti”dən 35 milyon avro müqabilində transfer etmişdi.

Hücumameyilli yarımmüdafiəçisi “Əl-Əhli”nin heyətində indiyə qədər 52 oyuna çıxıb, 18 qol vurub, 21 məhsuldar ötürmə verib.

Təcrübəli futbolçu əvvəllər “Mançester Siti”dən başqa “Lester Siti” və “Havr” klublarının da formasını geyinib.

Mahrez 2014-cü ilin may ayında debüt etdiyi Əlcəzair yığmasının heyətində 98 oyuna çıxıb. O, bu oyunlarda 32 qol vurub, 40 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: