İsveçin “Sirius” klubunun şotlandiyalı 22 yaşlı hücumçusu Robbi Yur bundan sonra “Sevilya”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.
“Sevilya” bu transfer üçün “Sirius”a 6,5 milyon avro ödəyib. 22 yaşlı futbolçu La Liqa təmsilçisi ilə 2031-ci ilin 30 iyununadək nəzərdə tutulmuş 5 illik müqaviləyə imza atıb.
Robbi Yur Şotlandiyanın “Reyncers” klubunun yetirməsidir. O, bir müddət Belçikada “Anderlext”in uğurları üçün çalışıb. “Sirius” şotland hücumçunu 2025-ci ilin martında 750 min avro müqabilində heyətinə qatmışdı. O, İsveç komandasının heyətində 50 oyuna çıxıb, 31 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
Şotlandiyannı U-19 və U-21 yığmalarında oynamış Robbi Yura hələ əsas millidə debüt qismət olmayıb.


