Robert Levandovski: “Heç nədən qorxmuram!”

İspaniya çempionu “Barselona”nın mərkəz hücumçusu Robert Levandovski Kataloniya klubundakı gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az 37 yaşlı polyak ulduzun müvafiq cavabını təqdim edir:

“Gələcəyim? Hazırda heç nə bilmirəm, ancaq bunu deyə bilərəm ki, heç nədən qorxmuram! Həmçinin tələsmirəm. Mənim üçün ən yaxşısını başa düşməyim, götür-qoy etməyim gərəkdir. Amma hələ sakit, rahatam”, deyə “Lyova” vurğulayıb.

Levandovskinin agenti Pini Zahavi də “Lyova”nın “Barselona”dakı gələcəyi ilə bağlı sualı cavablayıb:

“Müqavilə? Robertin “Barselona”dakı gələcəyinə dair hələ heç bir qərar yoxdur”, deyə Zahavi vurğulayıb.

Xatırladaq ki, Levandovski 2022-ci ilin iyulundan “Barselona”da çıxış edir. Polyak forvardın “blauqrana” ilə müqaviləsinin müddəti cari mövsmün sonunda başa çatacaq. Buna rəğmən, Kataloniya klubu yeni müqavilə ilə bağlı, Levandovskiyə hələ də təklif ünvanlamayıb.

Bu arada “Bayern”in almaniyalı keçmiş yarımmüdafiəçisi Mario Basler Münhen klubunun iki əfsanəsi – ingilis hücumçu Harri Keyn və münhenlilərin keçmiş hücumçusu, hazırda “Barselona”da çıxış edən Robert Levandovski arasında seçim edib:

“Bu, çox çətin məsələdir. Onların heç birini incik salmaq istəmirəm, amma mənə seçim etmək gərək olsaydı, Robert Levandovskinin seçimi üzərində dayanardım”, deyə Basler vurğulayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: