İspaniya La Liqasının 11-ci turunda “Real”la səfər oyunu (4:0) “Barselona”nın polyak hücumçusu Robert Levandovski üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, polyak hücumçu “blauqrana”nın qələbəsinə oyunda ilk qollar olmuş, iki dəqiqə ərzində vurduğu iki qolla töhfəsini verib.
Oyundan sonra Levandovski “el klasiko”nun ən yaxşı oyunçusu – oyunun qəhrəmanı seçilib.
Hazırda Levandovski La Liqanın 11 oyununda vurduğu 14 qolla ən sərrast qolçuların siyahısına başçılıq edir.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik 34 yaşlı polyak veteran hücumçunun yüksək məhsuldarlığını izah edib:
“Bütün oyunçuların ən yaxşı tərəflərini göstərə bilmələri üçün ab-hava yaradılıb. Bundan əlavə, komandanın çox yaxşı iqlimciyi var”, – “Marca” nəşri alman mütəxəssisdən sitat gətirir.
Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində məhz “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 14 oyuna çıxıb, 17 qol vurub və 2 məhsuldar ötürmə verib. Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 109 oyun, 76 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 156 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


