“Brayton”un baş məşqçisi Roberto De Zerbi Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda Marsel “Olimpik”i ilə oyunu barədə danışıb.
Arena.az məlumat verir ki, oyunun sonunda (88-ci dəqiqə) Joao Pedronun qolu sayəsində 1:0 hesabı ilə qalib gəlmiş “qağayılar” qrup birincisi olaraq 1/8 finala vəsiqəni rəsmiləşdiriblər.
“Oyundan əvvəl uşaqlara dedim ki, bu oyun onlar üçün rəqib oyunçulardan daha vacibdir. Marsel “Olimpik”i avrokuboklarda oynamağa öyrəşib. Qrup mərhələsini birinci yerdə başa vurmaq “Brayton” üçün tarixi məqamdır. Oyun zamanı ab-hava inanılmaz idi. İlk turda bu rəqibə 0:2 hesabı ilə uduzduqdan sonra çox dəyişdik. Həmin oyundan sonra ardıcıl dörd görüşdə qol buraxmadan qalib gəldik. Bu, sadəcə olaraq inanılmazdır”, – “Belfast Telegraph” italyan mütəxəssisdən sitat gətirir.
“B” qrupunun yekun mənzərəsi belədir: “Brayton” – 13 xal, “Olimpik” – 11 xal, “Ayaks” – 5 xal, AEK – 4 xal.
“Brayton” və Marsel “Olimpik”i, artıq qeyd etdiyimiz kimi, Avropa Liqasının ələmə mərhələsində mübarizə aparacaqlar. “Ayaks” Avropa Konfrans Liqasına yollanıb. Afina AEK-i isə cari mövsümdə avrokuboklarda iştirakını başa vurub.


