İtaliya yığmasının baş məşqçisi Roberto Mançini UEFA Millətlər Liqasında İspaniyaya qarşı keçirdikləri yarımfinal oyununu şərh edib.
Arena.az xəbər verir ki, Roberto Mançini 1:2 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:
“İspaniya həlledici qolu gec vursa da, qələbəyə layiq idi. Taktiki cəhətdən oyunumuz həmişəkindən bir az fərqli idi. Bu, yəqin ki, bizə sonda qol buraxmağımız hesabına başa gəldi. Biz heyəti turnirin qrup mərhələsində yeniləməyə başladıq. Lakin məğlubiyyətə səbəb bu olmadı. Bizim bir neçə yaxşı oyunçumuz var, Frattezi də yaxşı oynayırdı.
Birinci hissədə 3-5-2 ilə oynadıq və hər şey gözlədiyimiz kimi yaxşı keçdi. Fasilədən sonra solğunlaşdıq və topu almaqda çətinliklərimiz vardı. İkinci hissədə daim təzyiq altında idik və adətkar 4-3-3 sxeminə qayıtsaydıq, hər şey başqa cür də ola bilərdi. Bonuççini əvəzlədikdən sonra müdafiəçilər dördlüyünə qayıda bilərdik, ancaq bu halda topasahibolmanı bir az itirərdik. İkinci hissədə daha yüksək müdafiə xətti ilə oynayıb, hücumda daha cəsarətli fəaliyyət göstərə bilərdik. Biz çox yavaşladıq.
Hazırda bir neçə əla yarımmüdafiəçi və müdafiəçimiz var, amma yaxşı hücumçularımız çatışmır. Ümidvaram ki, gələcəkdə gənclərdən ibarət yığmaların oyunçuları özlərini bizim səviyyəmizə çatdıracaqlar”.
Beləliklə, yarımfinalda məğlub olmuş İtaliya yığması üçüncü yer uğrunda oyunda Niderland yığması ilə qarşılaşacaq. İspaniya milli komandası isə finalda Çexiya yığması ilə üz-üzə gələcək. Hər iki həlledici oyun iyunun 18-də baş tutacaq.


