Rodriqo Mora “Roma”da!

Portuqaliyanın “Portu” komandasının hücumameyilli yarımmüdafiəçisi Rodriqo Mora bundan sonra “Roma”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “canavarlar”ın rəsmi saytına istinadən xəbər verir.

İtaliya klubu bu transfer üçün “Portu”ya 25 milyon avro ödəyib. 19 yaşlı futbolçu ilə 2031-ci ilin 30 iyununadək nəzərdə tutulmuş 5 illik müqavilə imzalanıb. Portuqal yarımmüdafiəçi yeni komandasında 86 nömrəli formanı geyinəcək.

Rodriqo Mora “Portu”nun öz yetirməsidir. O, bu klubun əsas komandasında keçirdiyi 80 matçda 16 qol vurub, 6 məhsuldar ötürmə verib.

Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Mora əsas milliyə dəvət alsa da, hələlik debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 19 yaşlı yarımmüdafiəçini 38 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: