Rodriqo Qoes haqqındakı dedi-qodunu cavabladı

Məlum olduğu kimi, “Real”ın 24 yaşlı braziliyalı cinah hücumçusu Rodriqo Qoesin “qaymaqlılar”dan ayrılacağı haqda şayiələr dolaşır.

Arena.az xatırladır ki, Rodriqo İspaniya La Liqasının “Real”la 35-ci tur səfər oyununda (3:4) meydana çıxmayıb və həmçinin “Real”ın ayın 13-də keçirdiyi məşqini həkimin müşayiəti ilə yarımçıq tərk edib.

Bu mənzərədə şayiələr şiddətlənib və Rodriqo bu dedi-qodunu şəxsən cavablayıb:

“Bütün bildirişlərə və qayğıya görə minnətdaram. Tezliklə qayıdacağam. Uydurmalara isə son verin, bəsdirin”, – Rodriqo özünün sosial şəbəkə hesabları üzərindən paylaşıb.

Xatırladaq ki, daha əvvəl Rodriqonun, “Real”ın ulduz futbolçularına – həmvətəni, hücumçu Vinisius Juniora və fransalı hücumçu Kilian Mbappeyə, həmçinin ingiltərəli yarımmüdafiəçi Cud Bellingemə böyük diqqət və qayğı mənzərəsəində, müvafiq xüsuslardan kənarda qaldığı və bundan narazı olduğu haqda məlumat yayılmışdı.

Əlavə edək ki, Rodriqonun xidmətində “Mançester Siti” ciddi maraqlıdır.

Rodriqo Qoes “Santos”un yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2019-cu ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Santos”dan keçib. Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsində nəzərdə tutulmuş təzminat haqqı isə 1 milyard avro məbləğindədir.

Braziliyalı hücumçu cari mövsümdə “qaymaqlılar üçün 50 oyuna 13 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

Rodriqonun “Real”da çıxışının ümumi mənzərəsi 267 oyun, 68 qol və 50 məhsuldar ötürmədən ibarətdir.

Rodriqo “Real”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2023), FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisinin heəytində 33 oyuna 7 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: