Rodriqo: “Xorvatiya qeyri-adi – anarxik komandadır”

İspaniya yığmasının yarımmüdafiəçisi Rodriqo Hernandes UEFA Millətlər Liqasının Xorvatiya ilə final oyunu öncəsi fikirlərini bölüşüb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən Rodriqonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır.

“Xorvatiya qeyri-adi komandadır. Bir az anarxik komandadır. Modriç hər yerdə olacaq, Brozovic müdafiədə dərinə çəkiləcək, Kovaçiç öz işini görəcək… onlar gözlənilməzdirlər, lakin çox maraqlıdırlar.

Dünya çempionatında, Avropa çempionatında və Millətlər Liqasında ciddi rəqibləri məğlub edərək Xorvatiya yığması ən yaxşılar sırasında olduğunu göstərdi. İstəyirəm ki, bu turniri qazanaq, çünki, bu qələbə bizim iştirak edəcəyimiz digər turnirlərdə qalib gəlməyimizə kömək edəcək”.

Xatırladaq ki, UEFA Millətlər Liqasının final oyunu bu gün keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: