İsrailli yarımmüdafiəçi Roi Kehat bundan sonra Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Roi Kehat Təl-Əviv “Makkabi”sinin yetirməsidir. O, peşəkar karyerasına da bu komandada başlayıb. Hücumameyilli yarımmüdafiəçi “Hapoel” (Beer Şeva), “Makkabi” (Yavne), “İroni Kiryat Şmona”, “Austriya” (Vyana), “Makkabi” (Hayfa), “Makkabi” (Netanya) klublarında da forma geyinib. Təcrübəli futbolçunun sonuncu komandası 2020-ci ildə yenidən sıralarına döndüyü “İroni Kiryat Şmona” olub. Hansı ki, o, bu komandada 161 oyuna çıxıb, 33 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
İsrailin aşağı yaş qrupları üzrə müxtəlif millilərində oynamış yarımmüdafiəçi əsas yığmada da 5 matça çıxıb.
Xatırladaq ki, “Sumqayıt” daha öncə Mehdi Cənnətov, Orxan Sadıqlı, Rövlan Muradov, Kamran Quliyev və Erik Sorqanı da heyətinə qatmışdı. Elvin Bədəlov və Murad Xaçayevlə isə yeni müqavilə imzalanıb. Aydın Bayramov, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Terrens Tisdell, Kərim Abubakar, Dieqo Karioka, Vurğun Hüseynov və Vüsal İsgəndərli isə komandanı tərk ediblər.


