“Roma” “Atalanta”nı məğlub yola saldı

Futbol üzrə İtaliya A Seriyasında 28-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha üç qarşılaşma baş tutub.

“Udineze” doğma meydanda “Sampdoriya” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıblar.

“Roma” “Atalanta”nı qəbul edib. Bu komandaların turnir cədvəlində bir-birinə qonşu olması oyunun intriqasını daha da artıran məqamlardan idi. Paytaxt təmsilçisi bu görüşdə minimal hesabla qalib gəlib.

Səfərdə “Kalyari” ilə qarşılaşan “Latsio” isə darmadağına sevinib.

Bu turda əsas diqqətlər “Napoli” – “Milan” matçına yönələcək. Çempionluq uğrunda mübarizə aparan komandaların duelinə maraq böyükdür. İlk dövrədəki qarşılaşmada Neapol təmsilçisi səfərdə minimalhesablı qələbə qazanmışdı.

İtaliya A Seriyası
28-ci tur
4 mart

İnter – Salernitana 5:0
Qol: L.Martines, 22; 40; 56. Dzeko, 64; 69.

5 mart

Udineze – Sampdoriya 2:1
Qol: Deulofeu, 3. Udoqye, 12 – Kaputo, 13.

Roma – Atalanta 1:0
Qol: T.Abraham, 32.

Kalyari – Latsio 0:3
Qol: İmmobile, 19. L.Alberto, 42. F.Anderson, 62.

6 mart

15:30 Cenoa – Empoli
18:00 Bolonya – Torino
18:00 Venetsiya – Sassuolo
18:00 Fiorentina – Verona
21:00 Yuventus – Spetsiya
23:45 Napoli – Milan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: