“Roma” Eldor Şomurodovu transfer etdi

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt təmsilçisi “Cenoa”dan Eldor Şomurodovu transfer edib.

Bu barədə “canavarlar”ın rəsmi saytı məlumat yayıb. Özbəkistandan olan 26 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Futbolçunun yeni komandasında “14 nömrə”li formanı geyinəcəyi bildirilir.

Qeyd edək ki, Eldor Şomurodov 2015-ci ildən Özbəkistan yığmasının formasını geyinir. O, millinin heyətində meydana çıxdığı 44 matçda 21 qola imza atıb.

Eldor “Cenoa”ya ötən mövösümün əvvəlində transfer olunmuşdu. Özbək hücumçu bu komandada 32 matça çıxıb, 8 qol vurub. Şomurodov daha öncə “Rostov”, “Bunyodkor” və “Maşal Mubarek” klublarında da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: