“Roma” Kristante və Mançini ilə müqaviləni yenilədi

İtaliyanın “Roma” klubu yarımmüdafiəçi Brayan Kristante və müdafiəçi Canluka Mançini ilə yeni müqavilə imzaladığını rəsmən açıqlayıb.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

31 yaşlı yarımmüdafiəçi Brayan Kristante 2028-ci ilin yayına qədər paytaxt təmsilçisində çıxış edəcək. O, 2018-ci ilin iyulundan bəri “Roma”nın formasını geyinir. Bu müddətdə 364 oyuna çıxmış italiyalı futbolçu 21 qola imza atıb.

30 yaşlı mərkəz müdafiəçisi Canluka Mançini isə müqaviləsini 2029-cu ilin yayına qədər uzadıb. O, 2019-cu ilin sentyabrından etibarən “Roma”da çıxış edir. Mançini indiyə qədər komandanın heyətində 319 matçda iştirak edib, 23 qol vurub.

Xatırladaq ki, həm Kristante, həm də Mançini İtaliya milli komandasının formasını geyinir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: