İtaliyanın “Roma” klubu baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırmağa qərar verib.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, Fonsekanın mövsümün sonunda klubdan ayrılacağı bildirilib. Buna komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub.
Qeyd edək ki, Paulo Fonseka 2019-cu ilin yayından “Roma”nı çalışdırır. Onun rəhbərlik etdiyi komanda A Seriyasında bu mövsüm 7-ci sırada qərarlaşıb. Ötən həftə isə komanda Avropa Liqasının yarımfinalı çərçivəsində səfərdə İngiltərənin “Mançester Yunayted” klubuna biabırçı hesabla (2:6) uduzmuşdu.


