“Roma” və “Fiorentina” da İtaliya kubokunda 1/4 finala yüksəldi

Futbol üzrə İtaliya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Fiorentina” doğma meydanda “Sampdoriya”nı minimal fərqlə üstələyib. “Roma” isə “Cenoa”nı oxşar hesabla məğlub edib.

Daha öncə “Torino” və “İnter” komandaları da 1/4 finala yüksəlmişdilər.

İtaliya Kubokunda 1/8 final mərhələsinin qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

İtaliya Kuboku
1/8 final
10 yanvar

İnter – Parma 2:1
Qol: L.Martines, 88. F.Açerbi, 110 – S.Juriç, 38.

11 yanvar

Milan – Torino 0:1
Qol: Adopo, 114.

12 yanvar

Fiorentina – Sampdoriya 1:0
Qol: Barak, 25

Roma – Cenoa 1:0
Qol: Dibala, 64.

17 yanvar

00:00. Napoli – Kremoneze

19 yanvar

18:00. Atalanta – Spetsiya
21:00. Latsio – Bolonya
00:00. Yuventus – Montsa

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: