Roman Pavlyuçenko: “Biz İngiltərəni tərk edəndə arvadım…”

İngiltərənin “Tottenhem” klubunun rusiyalı sabiq hücumçusu Roman Pavlyuçenko 2012-ci ildə Moskva “Lokomotiv”inə keçidni xatırlayıb.

Arena.az məlumat verir ki, bu barədə “Eto futbol, brat” “YouTube” kanalına söhbət açmış Pavlyuçenko həyat yoldaşının bu qərara qarşılığını da təsvir edib:

“Biz artıq köç edəndə Larisa ağlayır və hönkürürdü. O, qalmaq istəyirdi, o, arıtq dili də öyrənmişdi, dostlar da tapmışdı, ev də almışdıq”, deyə Pavlyuçenko xatırlayıb.

Rusiya yığmasının sabiq hücumçusu “Tottenhem”ə keçmək əvəzinə bütün karyerasını Moskva “Spartak”ında keçirməyə razılaşacağını da etiraf edib:

“Belə bir imkanınız olsaydı, razılaşardımmı? Bəli, yüz faiz. Mən getməsəydim, harada qalacaqdım? Yəqin ki, “Spartak”da. Amma üç dəfə müqavilə imzalamaqdan imtina etmişdim, razılaşmırdım”.

Xatırladaq ki, Pavlyuçenko 2008-2012-ci illərdə “Tottenhem”də çıxış edib. Bu müddət ərzində rusiyalı futbolçu “mahmızlar”ın heyətində bütün yarışlarda 113 oyun keçurub, 42 qol vurub, 10 məhsuldar ötürmə verib.

Roman Pavlyuçenko 2022-ci ilin payızında futboldan təqaüdə çıxıb. Rusiyalı hücumçunun son klubu Noqinsk “Znamya”sı olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: