Romelu Lukaku 58 milyon avroya yox dedi

“Çelsi”nin hücumçusu, son mövsümü “İnter”də keçirmiş Romelu Lukaku Avropa futbolunu Səudiyyə Ərəbistanına dəyişmək niyyətində deyil.

Arena.az bu bardə “Sky Sports”a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, 30 yaşlı belçikalı hücumçu ərəblərin daha bir təklifini rədd edib. Bu dəfə Lukaku ilinə 58 milyon avro maaş təklif edən “Əl-Hilal”ı peşman edib. Təcrübəli futbolçu Avropada oynamağa davam etmək istəyir.

Xatırladaq ki, Lukakunun transfer hüququ “Çelsi”yə məxsusdur. “Zadəganlar” hücumçunu satmağa hazırdırlar və icarə təkliflərini nəzərə almayacaqlar. Lukakunun “Çelsi” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

2022/2023 mövsümündə Romelu Lukaku “İnter”də icarə əsasında çıxış edib. Belçikalı hücumçu “İnter”in heyətində 37 oyununa çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə edib.

“Transfermarkt” internet-portalı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: