Belçika yığmasının və “Roma”nın hücumçusu Romelu Lukaku 2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçu olub.
Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçuların siyahısını açıqlayıb.
Siyahıya belçikalı hücumçu Lukaku başçılıq edir. Mövsümün əvvəlində İtaliyanın “İnter” klubundan “Roma”ya keçən 30 yaşlı forvard avrokuboklarda və milli komandada 22 (15 yığma, 7 klub) dəfə fərqlənib.
İngiltərənin “Mançester Siti” komandasının və Norveç millisinin oyunçusu Erlinq Haland 18 qolla (6 yığma, 12 klub) ikinci, Portuqaliya təmsilçisi “Portu”da çıxış edən iranlı Mehdi Taremi 14 qolla (12 yığma, 2 klub) üçüncü olub.
2023-cü ildə beynəlxalq oyunlarda ən azı 10 qol vurmuş futbolçular
- Romelu Lukaku (“İnter”/“Roma”, Belçika) – 22 qol (klubda 7, yığmada 15)
- Erlinq Haland (“Mançester Siti”, Norveç) – 18 (klubda 12, yığmada 6)
- Mehdi Taremi (“Portu”, İran) – 14 (klubda 2, yığmada 12)
- Kilian Mbappe (PSJ, Fransa) – 13 (klubda 3, yığmada 10)
- Kristiano Ronaldo (“Əl-Nəsr”, Portuqaliya) – 13 (klubda 3, yığmada 10)
- Harri Keyn (“Tottenhem”/“Bayern”, İngiltərə) – 13 (klubda 4, yığmada 9)
- Zeki Amduni (“Bazel”/“Börnli”, İsveçrə) – 13 (klubda 7, yığmada 6)
- Xerman Kano (“Fluminense”, Argentina) – 13 (hamısı klubda)
- Şabaib Əl-Xaldi (“Kazma”, Küveyt) – 12 (hamısı yığmada)
- Rasmus Hoylund (“Atalanta”/“Mançester Yunayted”, Danimarka) – 12 (klubda 5, yığmada 7)
- Peter Şalulile (“Mamelodi Sandaunz”, Namibiya) – 11 (klubda 8, yığmada 3)
- Məhəmməd Salah (“Liverpul”, Misir) – 10 (klubda 4, yığmada 6)
- Aleksandar Mitroviç (“Fulhem”/“Əl-Hilal”, Serbiya) – 10 (klubda 5, yığmada 5)
- Viktor Osimhen (“Napoli”, Nigeriya) – 10 (klubda 5, yığmada 5)
- Kahraba (“Əl-Əhli”, Misir) – 10 (klubda 9, yığmada 1)
- Gift Orban (“Gent”, Nigeriya) – 10 (hamısı klubda)


